Mərkəzi Bank bu gün dolların məzənnəsini azaldacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında Azərbaycan Dovlət Neft Fondu tərəfindən satışa çıxarılan 200 mln. ABŞ dolları həcmində valyuta kütləsinə kommersiya bankların faktiki tələbatı 34% səviyyəsində - 68 mln. dollar olub.
"Report" xəbər verir ki, hərracda alqı-satqı sövdələşmələri 1,6410-1,6420 AZN/USD məzənnə diapazonunda aparılıb. Nəticədə, banklar hərracda 68 mln. dollar alıb ki, bu da əvvəlki hərraclarla müqayisədə tələbatın 3-4 dəfə azaldığını göstərir.
"Report"un analitik qrupu hesab edir ki, bununla əlaqədar AMB-nin dolların martın 14-nə rəsmi məzənnəsini 0,2%-ə yaxın azaldacağı və 1,6410-1,6420 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyi ehtimal edilir.
Mediainfo.az
Digər xəbərlər