Mərkəzi Bank: "Sosial şəbəkələrdə yayılan sənəd saxtadır" - FOTO

Mərkəzi Bank: "Sosial şəbəkələrdə yayılan sənəd saxtadır" - FOTO

11 Mart 2016 10:21
Bəyəndim (0) Bəyənmədim (0)
"İctimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır"

Mərkəzi Bank bu orqanın İdarə Heyəti sədrinin müavini adından sosial şəbəkələrdə məktubun yayılmasına münasibət bildirib.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir: "Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

Mediainfo.az