Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqləndi

Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqləndi

10 Mart 2016 18:17
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

AzərTAc-ın məlumatına görə, fərmana əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi" təsdiq edilib.

Nazirlər Kabinetinə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlaması, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Eləcə də Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və icrası barədə beş ay müddətində məlumat vermək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Mediainfo.az