"Naftoqaz" "Qazprom"dan 8,2 mlrd. dollar tələb edir

"Naftoqaz" "Qazprom"dan 8,2 mlrd. dollar tələb edir

1 Mart 2016 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın "Naftoqaz" şirkəti Stokholm arbitraj məhkəməsinə müraciət edərək Rusiyanın "Qazprom" şirkətindən qaz tranzitinə görə 8,2 mlrd. ABŞ dolları tələb edib.

Apa RİA "Novosti" agentliyə istinadən xəbər verir ki, bunu "Naftoqaz" şirkətinin rəhbəri Andrey Kobolyev bildirib.

"Bizim "Qazprom" şirkətindən tələb etdiyimiz kompensasiyanın bir neçə elementi var. Bura tariflərə dair kompensasiya da daxildir. Ümumi məbləğ 8,2 mlrd. dollar təşkil edir". - deyə A. Kobolyev bildirib.

Mediainfo.az