Telman İsmayılov kreditorların hədəfində! - 140 milyard rubl və 286.4 milyon dollar
Azərbaycanlı oliqarx Telman İsmayılova borc verən və geri ala bilməyən 10 hüquqi şəxs ona qarşı məhkəmə iddiası qaldırıb.
Virtualaz.org xəbər verir ki, kreditorlar Moskva vilayəti üzrə Arbitraj məhkəməsinə müraciət edərək Telman İsmayılovdan üst-üstə 140 milyard rubl və 286.4 milyon dollar tələb edirlər. İddialar ayrı-ayrı vaxtlarda qaldırılıb.
Borc tələb edənlər arasında VTB qrupuna daxil olan"Bank Moskva" da yer alır. Bank T.İsmayılovdan 286.4 milyon dollar və 3.3 milyard rubl tələb edir. Qalan kreditorların T.İsmaılovdan borc tələblər rubll ifadə olunub.
Onların arasında "Akila Trading Limited", "Perveloc İnvestment Trading", "Atlas Finans" və digərləri də var.
Lakin T.İsmaylovun ödəmə qabiliyyəti yoxdur. Ötən ilin dekabrında məhkəmə onu müflis kimi tanıyıb. T.İsmayılovun borcları cəmi 600 milyon dollara yaxındır.
Mediainfo.az