Rusiya bazarında zərərlə üzləşən "Vestel" şirkəti bağlandı

Rusiya bazarında zərərlə üzləşən "Vestel" şirkəti bağlandı

1 Mart 2016 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 2003-cü ildən bəri fəaliyyətə başlamış "Vestel" şirkətlər qrupu Rusiyadakı fabrikini bağlayıb.

Onun tikintisinə 15 mln. dollar həcmində sərmayə yatırılıb. 2005-ci ildə baş verən yanğının ardınca fabrikə əlavə olaraq 8,5 mln. dollar investisiya yönəlib. Fabrikdə televizor, soyuducu və paltaryuyan istehsal olunub.

Qəzet yazır ki, fabrikin bağlanmasına səbəb şirkətin Rusiya bazarında zərərlə çalışmasıdır.

"Vestel" şirkətlər qrupunun baş icraçı direktoru Turan Erdoğan məsələ ilə bağlı bunları bildirib: "Verdiyimiz qərara Rusiyada baş verən iqtisadi böhran təsir edib. Burada siyasi motiv yoxdur. Belə ki, bu qərar Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsindən öncə verilib".

Mediainfo.az