«Ford» 1 milyondan artıq avtomobili geri çağırıb

«Ford» 1 milyondan artıq avtomobili geri çağırıb

2 Avqust 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Ford Motor" şirkəti yanacağın ötürülməsi sistemində mövcud problemlər və nəticədə avtomobilin yanmasına səbəb ola bilməsinə görə 1,1 mln. pikapı geri çağırıb. Söhbət 1997-2004-ci illərdə istehsal edilən "Ford F-150", "Ford-F-250" və "Lincoln Blackwood" avtomobillərindən gedir. Bu avtomobillər ABŞ-ın soyuq iqlimi olan ştatlara satılırdı ki, burada yollarda sırsıra ilə duzla mübarizə aparırlar. Məhz duz avtomobillərin benzin çənlərində müvafiq problem yarada bilər. Ötən müddət ərzində bu avtomobillərdə benzin çəninin problemləri səbəbindən 8 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər xəsarət alıb. Qeyd edək ki, "Ford"un F seriyalı pikapları ABŞ-da ən çox satılan avtomobillər sırasındadır.

Alınan mallar geri qaytarılır.

Tofiq Əliyev

O.M.