Sərinləşdiricilər istehsal edən müəssisəyə maliyyə sanksiyası

Sərinləşdiricilər istehsal edən müəssisəyə maliyyə sanksiyası

29 İyul 2011 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalan şəhərində keyfiyyətsiz sərinləşdiricilər istehsalı ilə məşğul olan müəssisəyə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında "Cem" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edilməsi, "Lili" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilməməsi, habelə "Bonjus" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlama temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilməməsi səbəbindən "Cem" MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Cem" MMC-yə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Haqsız rəqabət aparan şəxsə qarşı haqlı cərimə tətbiq edildi.

Tofiq Əliyev

O.M.