Gömrük buraxılış məntəqələrində sıxlıq yoxdur

Gömrük buraxılış məntəqələrində sıxlıq yoxdur

23 Dekabr 2015 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Tovuz, Astara, Balakən və Biləsuvar gömrük idarələrinin buraxılış məntəqələrindəki piyada keçid xəttində vətəndaşların böyük sıxlığının yarandığı barədə məlumatlara münasibət bildirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu kimi məlumatların heç bir əsası yoxdur və buraxılış məntəqələrindəki piyada keçid xəttində son günlər ərzində heç bir sıxlıq müşahidə olunmur. Hazırda vətəndaşların normal gediş-gəlişi tam təmin edilir.

Onu da xatırladaq ki, respublikamızın Gürcüstanla sərhəddə yerləşən gömrük keçid məntəqələri 24 saat fasiləsiz iş rejimində çalışır.

Mediainfo.az