Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dekabrın 18-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulunu keçirib.
Nazirlikdən verilən məlumata görə, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.
Qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Bundan əlavə, qəbulda bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də səslənib.
Yerlərdə turizmin təşviqi istiqamətində müraciətləri müsbət qiymətləndirən Əbülfəs Qarayev Kür çayının Kürdəmir rayonun ərazisindən keçən hissəsində çay turizminin inkişaf etdirilməsi barədə təklifin nəzərdən keçiriləcəyini deyib. Qeyd olunub ki, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımlar atılacaq.
Qəbuldan sonra nazir rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət evi və musiqi məktəbinin iş şəraiti ilə tanış olub, tövsiyələrini verib.
Mediainfo.az




















.jpg)










































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)











.jpg)










