2 tona yaxın dondurma məhv edilib

2 tona yaxın dondurma məhv edilib

25 İyul 2011 17:41
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Camal" MMC şirkətinə icrası məcburi göstəriş verilib. Qeyd olunan göstərişin icrası ilə əlaqədar 1,5 ton keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Bundan başqa, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Müzəffər Poladova da icrası məcburi göstəriş verilib və qeyd olunan göstərişin icrası ilə əlaqədar 485 kq keyfiyyətsiz dondurma məhv edilib. Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmaları davam edir.

Ürəkləri sərinlədib orqanizmimizi korlayan dondurmalar.

Tofiq Əliyev

O.M.