"Azərişıq ASC"-nin rəsmisi: "Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülməkdədir”

"Azərişıq ASC"-nin rəsmisi: "Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülməkdədir”

19 Noyabr 2015 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Təkcə 5 ay ərzində regionlar üzə yarım milyon abonentin 1000-dən artıq köhnə, keyfiyyətsiz, gərginliyi aşağı olan elektrik xətti dəyişdirilib, yeni dayaqlar quraşdırılıb. Son texnologiyalar əsasında yeni transformatorlar və inzibati binalar istifadəyə verilib."

Bu sözləri axar.az-a yarandığı gündən etibarən 9 ay ərzində "Azərişıq"ın gördüyü işlər barəsində danışan qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, respublikanın aran rayonları və dağ kəndlərindəki elektrik enerjisi ilə bağlı aparılan reabilitasiya işləri sürətləndirilib.

Qurum rəsmisi əlavə edib ki, bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, fəaliyyətləri sürətləndirilib:

"Bu idarələr yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Qarşıdan gələn qış mövsümü üçün də xüsusi hazırlıqlar görülməkdədir".

Qeyd edək ki, hazırda Azərişıq ASC-nin 2,5 milyon abonenti var. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib. Transformatorların əksəriyyəti test edilərək 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb.

Mediainfo.az