
Toyota fəaliyyətini bərpa edib
"Toyota" fəaliyyətini bərpa edib
"Toyota" və "Nissan" şirkətləri yenidən avtomobil istehsalına başlayıblar. Xatırladaq ki, 11 mart fəlakətindən sonra elektrik enerjisinin kəsilməsi nəticəsində hər 2 şirkət fəaliyyətini dayandırmışdı.
Dünyanın ən böyük avtomobil şirkətlərindən sayılan Toyotanın 18 zavodundan 16-sı hələ də fəaliyyət göstərmir.
Qeyd edək ki, mütəxəssislər şirkətlərin tam fəaliyyətini bərpa etmələri üçün bir neçə ay lazım olduğunu bildiriblər.
O.M.
Digər xəbərlər