Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri sosial çətinlik yaşamır

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri sosial çətinlik yaşamır

10 Noyabr 2015 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

İki ildir Azərbaycan Dövlət Aqrar Universitetin ikinci növbədə oxuyan tələbələri dərsdən sonra müəyyən edilən ünvana təhsil müəssisəsinə məxsus avtobuslarla aparılır.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə ölkə ərazisində qış rejimi tətbiq edildikdən sonra qaranlıq daha tez düşür. Nəzərə alsaq ki, Azərbaycan Dövlət Aqrar Universitetində sonuncu dərs 19-50 də bitir, deməli, tələbələr yaşadıqları ünvana qaranlıqda getməyə məcburdur. Soyuq havada qaranlıq küçələrdə yol getmək təbii ki, tələbələr üçün elə də xoş deyil. Şəhərin müxtəlif istiqamətlərində yerləşən 5 tədris korpusundan mərkəzə gəlib ordan da yaşadıqları ünvana getmək həm vaxt itkisi, həm də əlavə xərc olaraq tələbə üçün problemə çevrilirdi. Bunu nəzərə alan universitet rəhbərliyi iki ildir tələbələrin bütün tədris korpuslarından mərkəzə daşınmasını öz avtobusları ilə həyata keçirməyə qərar verib. Bu da təbii ki, böyük razılıqla qarşılanıb.
Tələbələrin özlərinin də qeyd etdiyi kimi rektorluq tərəfindən nəqliyyat qayğılarının həlli onlara bir neçə variantda sərflidir. Belə ki, tələbə vaxt itirmir, nəqliyyata ayırdığı vəsait özünə qalır, soyuqda əziyyət çəkmir, baş verə biləcək hər hansı təhlükədən qorunur.
Bir faktı da qeyd etmək gərəkdir ki, Gəncə ali və orta ixtisas müəssisələri arasında yalnız Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün belə bir şərait yaradılıb.

Əlihüseyn ŞÜKÜROV