“Nokia” böhranı

“Nokia” böhranı

22 İyul 2011 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur "Nokia" şirkəti cari ilin ikinci rübünü mənfi göstəricilərlə başa vurub. Aprel-iyun aylarında şirkətin itkiləri 487 milyon avro təşkil edib. Halbuki 2010-cu ilin müvafiq dövründə şirkətin mənfəəti 295 milyon avro olub. Analitiklərin fikrincə, "Nokia"nın smartfon istehsalındakı liderliyi artıq başa çatıb. Şirkətin smartfonları ABŞ-ın "Apple" korporasiyasının məhsulları ilə rəqabətə davam gətirmirlər. Nəticədə ikinci rübdə "Nokia" cəmi 16,7 milyon smartfon sata bilib. "Nokia"nın icraçı direktoru Stiven Elop maliyyə göstəricilərinin onun üçün kədərli olduğunu etiraf etsə də, bildirib ki, gələcəkdə göstəricilərin daha yaxşı olacağına inanır. Maliyyə itkiləri "Nokia"nın səhmlərinin qiymətinə də mənfi təsir edib. Son bir ildə şirkətin bazar qiyməti iki dəfə aşağı düşüb.

Alma almaya bənzər. Amma "Apple" "Nokia"ya bənzəməz.

Tofiq Əliyev

O.M.