Mingəçevirdə əmək yarmarkası keçiriləcək

Mingəçevirdə əmək yarmarkası keçiriləcək

4 Noyabr 2015 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları davam etdirilir.

ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti Əmək yarmarkasının noyabrın 6-da Mingəçevir şəhərində keçirilməsi planlaşdırılır. İlkin məlumata əsasən, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 54 Əmək yarmarkası təşkil olunub.

Mediainfo.az