Qəzada əlil olan şəxsə kompensasiya verilib

Qəzada əlil olan şəxsə kompensasiya verilib

4 Noyabr 2015 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən verilən xəbərə görə, büro tərəfindən 2014-cü il iyulun 31-də saat 20:00 radələrində Saatlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində vətəndaşın 1-ci qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 4000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Kompensasiya ödənişi poçt vasitəsi ilə cari ilin noyabrın 4-də köçürülüb.

Mediainfo.az