Bəzi rayonlara təbii qaz fasilərlə veriləcək

Bəzi rayonlara təbii qaz fasilərlə veriləcək

4 Noyabr 2015 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı şəhəri Nizami və Suraxanı rayonlarında, həmçinin, Mingəçevir, Ağstafa və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya verilən xəbərə görə, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 4-ü saat 10.00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci km qəsəbəsində, saat 10.00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələrində, saat 09.00-dan 18.00-dək Mingəçevir şəhərində, saat 10.00-dan 18.00-dək Ağstafa rayonunda, saat 10.00-dan 16.00-dək isə Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Mediainfo.az