"Qazprom" İrana qazı Azərbaycan kəmərləri ilə nəql edəcək

"Qazprom" İrana qazı Azərbaycan kəmərləri ilə nəql edəcək

30 Oktyabr 2015 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Hələlik Azərbaycan tərəfinə belə bir təklif edilməyib"

Rusiyanın "Qazprom" şirkəti İrana satacağı qazı Azərbaycan kəməri ilə nəql edə bilər. Apa-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti bildirib ki, Azərbaycan tərəfinə hələlik belə bir təklif edilməyib: "Bizim kəmərdən istifadə edə bilərlər. Belə bir təklif olmayıb. Biz çalışırıq "Qazprom"la svop əməliyyatlar həyata keçirək".

Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın "Kommersant" qəzeti yazıb ki, "Qazprom" Azərbaycan ərazisindən keçməklə İrana təbii qaz nəql edə bilər. Nəşr iddia edir ki, Tehran Rusiya və İran nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı belə bir razılıq əldə olunub. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya İran tərəfinə svop əməliyyatlar təklif edir.

Mediainfo.az