
Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşların qəbulunu keçirib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Apa -ya verilən məlumata görə, qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Ağsu, Qobustan və İsmayıllı rayonlarından bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət ediblər.
Nazir Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Mediainfo.az
Digər xəbərlər