Saxlama müddəti ötmüş 340 kq ərzaq məhsulları aşkar olunub
Bakının Yasamal rayonunda Z. Xəlilov küçəsi, ev 68 ünvanında yerləşən "Fuad" marketdə, H.Cavid prospekti, məhəllə 522 ünvanında Namiq Eynəliyevə məxsus mağazada, A.Şaiq küçəsi, ev 211 ünvanında yerləşən "M market"də, M.Sübhi küçəsi, ev 180 ünvanında Əhməd Ağa Ağayevə məxsus mağazada, M.Müşviq küçəsi, ev 14, mənzil 30 ünvanında yerləşən "Xızı" marketdə, Z.Xəlilov küçəsi, ev 31A, mənzil 32 ünvanında Ramin Əliyevə məxsus mağazada, Qəbələ şəhərində İ.Qutqaşenli küçəsində Zaməddin Mehralıyevə məxsus mağazada, Göygöl şəhərində Aşıqlı kəndində Təvəkkül Həsənova məxsus yeməkxanada, A. Kazımov küçəsində Altay Ələkbərova məxsus yeməkxanada, Toğana-Çaykənd yolunda Rəhman Rəhimova məxsus yeməkxanada, Tovuz rayonunda Düz Cırdaxan kəndində Elvin Ağayevə və İsmayıl Əsədova məxsus mağazalarda, Gəncə şəhərində A.Ziyadov küçəsi, ev 36, mənzil 2 ünvanında Səbinə İsmayılzadəyə məxsus mağazada, Tərtər rayonunda Ə.Paşayev küçəsi, ev 2/8 ünvanında Habil Əliyevə məxsus mağazada, Ağcabədi rayonunda Hindarx qəsəbəsində Sabir Heydərova məxsus mağazada ümumi çəkisi 340 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Qanun pozuntusuna yol vermiş şəxslər qanun qarşısında cavab verəcək.
Tofiq Əliyev
O.M.