Dollar bahalaşıb, avro ucuzlaşıb

Dollar bahalaşıb, avro ucuzlaşıb

16 Oktyabr 2015 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0473 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0098 manat və ya 0,82% azalaraq 1,1921 manata enib. Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4% artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb.

Mediainfo.az