İnsanlıq ölməyib...

İnsanlıq ölməyib...

20 İyul 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada yaşanan iqtisadi böhrana qarşı keçən il qlobal səviyyədə insani yardımlar rekord səviyyəyə - 16,7 milyard dollara yüksəldi. Mərkəzi İngiltərədə olan "Global Humanitation Assitance"in illik hesabatına görə, illik xeyriyyə yardımları 16.7 milyard dollara çatacaq. Bu da o deməkdir ki, bu rəqəm ümumi yardımın 37 faizini təşkil edir. İçində olduğu qlobal və iqtisadi problemlərə baxmayaraq, Amerika yardım siyahısının başında durur. Onu Yaponiya, Kanada və Səudiyyə Ərəbistanı izləyir. Yardım alan ölkələrə gəlincə, Sudan ilk sıradadır. Onu Fələstin, Efiopiya, Əfqanıstan, Somali, Konqo, Pakistan və s. izləyir.

Böhrana qarşı birgə mübarizə aparmaq lazımdır. Çünki "güc birlikdədir".

Günel Həbib

O.M.