
RF Baş naziri azərbaycanlı milyarderin sərgisində
Rusiyanın Baş naziri Dmitri Medvedyev azərbaycanlı milyarder Araz Ağalarovun "Crocus Expo" sərgi mərkəzində "Qızıl payız" aqrosənaye sərgisinə baş çəkib.
Rusiya KİV-ləri xəbər verir ki, baş naziri sərgiə kənd təsərrüfatı naziri Aleksandr Tkaçev və Araz Ağalarov müşayiət edib.
Qonaqları göbələk ekspozisiyası daha çox maraqlandırıb və Medvedyev, Tkaçev və Ağalarov istixana şəraitində yetişdirilən iri şampinyon göbələklərinə xeyli tamaşa ediblər.
Medvedyev deyib ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın tətbiq etdiyi ərzaq embarqosu yerli aqrosənayenin inkişafı üçün yeni imkanlar açıb. İndi Rusiyanın kənd təsərrüfatı müəssisələri həm daxili bazarda boşalan yeri tuta, həm ixrac qabiliyyətli məhsullar istehsal edə bilər.
Mediainfo.az
Digər xəbərlər