Mikromaliyyə təşkilatları Mərkəzi Bankdan vəsait cəlb etmək istəyir

Mikromaliyyə təşkilatları Mərkəzi Bankdan vəsait cəlb etmək istəyir

9 Oktyabr 2015 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) mikromaliyyə təşkilatlarına maliyyə resursların yönəldilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib.

Apa-nın xəbərinə görə, bunu AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

S. Kələşovun sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına maliyyə resursu ayırdığı kimi bank olmayan kredit təşkilatlarına (BOKT) da ayırmalıdır: "Çünki, bank olmayan kredit təşkilatlarının depozit və əmanət cəlb etmək hüququ yoxdur. Mərkəzi Bank da BOKT-lara bu səbəbdən resurs ayıra bilər. O zaman kredit faizlərinin aşağı düşməsinə nail olmaq olar", - deyə S. Kələşov bildirib.

Mediainfo.az