Yaşayış minimumu artırılacaq

Yaşayış minimumu artırılacaq

7 Oktyabr 2015 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bunu "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsinin komitədə müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiə nazirinin müavini İlqar Rəhimov deyib.

Nazir müavini bildirib ki, 2006-cı ildə ehtiyac meyarı 58 manat idisə indi 105 manat qaldırılıb: "Bildirək ki, ehtiyac meyarı gələn il üçün bu illə sabit saxlanılıb. Hazırda yaşayış minimumunda ehtiyac meyarı 80 %-ə qədərdir. Bu proses göstərir ki, gələcəkdə bu göstəricilərin bərabərləşdirilməsinə nail ola bilərik".
İ.Rəhimov qeyd edib ki, hazırda ünvanlı sosial yardım alan ailələrin sayı 112 minə yaxındır: "Bu da bu sistemin tətbiq olunduğu vaxtdan indiyədək 2 dəfə dən çox artım deməkdir. Əgər 2006-cı ildə hər ailəyə 44 manat ödənilirdisə, hazırda bu məbləğ 145 manata çatdırılıb".
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə çıxışı zamanı bildirib ki, gələn il üçün yaşayış minimumu 131 manatdan 136 manata artırmaq proqnozlaşdırılır. Nazir müavini qeyd edib ki, orta ailə üçün ehtiyac meyarı 493,5 manat proqnozlaşdırılıb ki, bu da orta aylıq əmək haqqından çoxdur.

Mediainfo.az