Haqsız rəqabətə yol verən xanım sahibkara maliyyə sanksiyası

Haqsız rəqabətə yol verən xanım sahibkara maliyyə sanksiyası

19 İyul 2011 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi-34A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların, eləcə də "Düşes" sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Həmin işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə sahibkar İzayət İsmayılova 1,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Haqsız rəqabətə qarşı haqlı tədbir görüldü.

Tofiq Əliyev

O.M.