FHN nazir Yardımlıda vətəndaşları qəbul edib - FOTO

FHN nazir Yardımlıda vətəndaşları qəbul edib - FOTO

30 Sentyabr 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 30-da Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Apa-nın cənub bürosunun məlumatına görə, vətəndaşlardan 25-i nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Həmçinin kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşlar isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

FHN-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Mediainfo.az