Bu həftə 3 rayonda əmək yarmarkaları keçiriləcək

Bu həftə 3 rayonda əmək yarmarkaları keçiriləcək

28 Sentyabr 2015 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan əmək yarmarkaları bu həftə 3 rayonda davam etdiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, növbəti əmək yarmarkalarının sentyabrın 30-da Ucar, Şəmkir və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır.

İlkin məlumatlara əsasən, həmin rayonlar üzrə ümumilikdə 60 müəssisə üzrə 823 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif edilməsi nəzərdə tutulur. Hər üç rayonda əmək yarmarkaları saat 10:00-da başlayacaq.

Aktiv məşğulluq tədbirləri zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim olunacaq, həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Mediainfo.az