2016-cı ilin büdcə zərfi oktyabrın 13-də müzakirəyə çıxarılacaq

2016-cı ilin büdcə zərfi oktyabrın 13-də müzakirəyə çıxarılacaq

22 Sentyabr 2015 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın 2016-cı il üzrə büdcə zərfinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaçağı tarix məlum olub.

Parlamentdən verilən məlumata görə, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq. Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçəcək.

Büdcə zərfinə "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.

Mediainfo.az