Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayıracaq

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayıracaq

21 Sentyabr 2015 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 22-də Avropa İttifaqı ölkələrinin daxili işlər nazirləri qaçqın problemi ilə əlaqədar toplantı keçirəcək.

"Milliyet"in verdiyi xəbərə görə, Almaniya baş nazirinin müavini Siqmar Qabriel Livan, İordaniya və ərazisində qaçqınlar olan digər ölkələrə 5 milyard avro yardım ayrılmasını istəyib. Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Han isə Türkiyəyə azı 1 milyard avroluq yardım ayrılması barədə məsələ qaldıracağını açıqlayıb. Bununla yanaşı, Avropa İttifaqına üzv dövlətlərin daxili işlər nazirləri qaçqınların qəbulu ilə bağlı kvotanın müəyyənləşdirilməsini də müzakirə edəcək. Bəzi siyasətçilər kvota planına qarşı çıxsalar da, bəziləri də sığınacaq istəyən qaçqınların üzv dövlətlər arasında ədalətli qaydada bölüşdürülməsi fikrini dəstəkləyirlər.

Mediainfo.az