Aydın Əliyev Qaxda vətəndaşları qəbul edəcək

Aydın Əliyev Qaxda vətəndaşları qəbul edəcək

18 Sentyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sentyabrın 23-də saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nərimam Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dan verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-i saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mediainfo.az