Fazil Məmmədov Naftalanda vətəndaşları qəbul edib

Fazil Məmmədov Naftalanda vətəndaşları qəbul edib

18 Sentyabr 2015 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər naziri Fazil Məmmədov sentyabrın 18-də Naftalan şəhərində Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirlyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Mediainfo.az