Azərbaycan Qafqazda telefon sayına görə birincidir

Azərbaycan Qafqazda telefon sayına görə birincidir

18 İyul 2011 17:41
Bəyəndim (0) Bəyənmədim (0)

İlin birinci yarısında respublika üzrə əhalinin hər 100 nəfərinə 16,3 telefon aparatı düşmüşdü. Bu göstərici Bakı şəhərində 35,1, respublikanın digər ərazilərində 10,8, kənd yerlərində isə 7,1 telefon aparatı təşkil etmişdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən xəbərə görə, Azərbaycan MDB ölkələri arasında 100 nəfərə düşən əsas telefon aparatlarının sayına görə Ermənistan, Gürcüstan, Türkmənistan və Özbəkistanı qabaqlamışdır. Hazırda bu göstərici üzrə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.

Könül Aypara

O.M.