1 saylı Bakı “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

1 saylı Bakı “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

10 Sentyabr 2015 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzi sentyabrın 12-si və 13-də xidmət göstərməyəcək.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Apa-ya verilən məlumata görə, səbəb "ASAN xidmət" mərkəzində profilaktik tədbirlərin görülməsidir.

Vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Mediainfo.az