Bakı-Şamaxı-Yevlax avtomobil yolunda aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO

3 Sentyabr 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir.

"Azəryolservis" ASC-dən Apa-ya verilən məlumata görə, sözügedən ərazidə yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Bundan sonra yolun ümumilikdə 13 min kvadrat metr sahəsinə yeni asflat-beton örtüyü döşənib. Aparılan təmir işləri zamanı hərəkət hissəsinin eni 7,5 metr olan yolun çiyinlərində də bərkidilmə aparılır.

Mediainfo.az