ADAU-nun meyvə bağında yeni üzüm və yeni ərik sortları təcrübədən keçirilir

ADAU-nun meyvə bağında yeni üzüm və yeni ərik sortları təcrübədən keçirilir

1 Sentyabr 2015 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Naxçıvan vilayətindən gətirilən üzüm və yeni ərik sortları Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının meyvə bağına təcrübədə keçirilir. Universitetin bağçılıq kafedrasına Naxçıvan MR-dan 25 adda yerli üzüm və yeni ərik sortları gətirilib.
ADAU-nun bağçılıq kafedrasının müdiri Hüseyn İdrisov bildirib ki, sınaq uğurlu keçərsə payızda bu çiliklərdən bağ salınması nəzərdə tutulur. Meyvə bağında həmçinin Quba rayonuna məxsus alma sortları da təcrübədən keçirilir.
Sınaqdan keçirilən sortlar isə ölkənin müxtəlif rayonlarına fermer təsərrüfatlarına tövsiyyə olunur. Məqsəd Azərbaycanda itib-batmaqda olan yerli sortların yığılması və kolleksiyanın yaradılmasıdır.
Əlihüseyn ŞÜKÜROV.
Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.
Masallı rayonu.