Bakı-Sumqayıt qatarları sentyabrın 15-dən işləyəcək

Bakı-Sumqayıt qatarları sentyabrın 15-dən işləyəcək

1 Sentyabr 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 15-dən Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək. Bu haqda Azadlıq Radiosuna "Azərbaycan Dəmiryolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı 15 gündə son tamamlama işləri gedir. Sentyabrın 2-də Bakıdan-Sumqayıta qədər ilk işçi qatarı yola düşəcək.

Nadir Əzməmmədov deyir ki, biletlərin qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub. Qiymətlər ayın 15-dək açıqlanacaq.

8 qatardan 3-cü 2 mərtəbəlidir.

Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb.

Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər.

Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək.

Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatarlar isə - "Koroğlu", Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarından keçəcək.

Mediainfo.az