Cəbhəyə yaxın iki kəndə qaz verildi

Cəbhəyə yaxın iki kəndə qaz verildi

28 Avqust 2015 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində ümumilikdə 24528 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mediainfo.az