Türklər neft tapıb?

Türklər neft tapıb?

10 Aprel 2011 16:06
Bəyəndim (0) Bəyənmədim (0)
Yaponiya ilə Türkiyə arasındakı işbirlyi bitdi...

Türkiyə təbii sərvətlər və energetika naziri Taner Yıldız Yaponiyayla işbirliklərinə hələlik son verdiklərini açıqladı. Onun sözlərinə görə, sunami "sayəsində" sıradan çıxan atom elektrik stansiyasının fəaliyyəti müvəqqəti dayanıb. Və elə məhz bu səbəbdən də bu günə kimi Yaponiyadan Sinopa nəql edilən atom elektrikin nəqlində fasilə yaranacaq. Vəziyyət yenidən bərpa olunduqdan sonra yaponlarla yenidən görüş keçiriləcək və əvvəlki əlaqələr bərpa olunacaq.

Son günlərdə Qara dənizdə neft tapıldığı xəbəri Türkiyə xəbərlərinin gündəmindədir. Demək olar ki, qonşu ölkədə hər 10 nəfərdən 9-u bu mövzu ətrafında müzakirə aparır. Elə bütün bunlara son qoymaq məqsədilə də Yıldız mediaçılara açıqlama verib: "Dəqiqliklə "neft tapmışıq" deyə bilmərik. Əks təqdirdə, kimlərinsə ümidini puç etmiş olarıq. Ancaq güman olunur ki, bu xəbər reallaşacaq".