Payızda dolların qiyməti 10-15 faiz artacaq

Payızda dolların qiyməti 10-15 faiz artacaq

18 Avqust 2015 17:20
Bəyəndim (0) Bəyənmədim (0)
Bu dalğa Azərbaycandan da yan keçməyəcək

Rusiyanın milli valyutası rubl ucuzlaşmaqda davam edir. İnterfax-ın CİTİ iqtisadi təhlil bürosuna istinadən yaydığı məlumatına görə, növbəti 6-12 aylar ərzində rublun ABŞ dollarına nisbətən məzənnəsi 70-dək düşəcək. Büronun Rusiya üzrə mütəxəssisi İvan Tkaçarovun fikrincə, yaxın üç ay ərzində dollar 67,4 rubla satılacaq, 6-12 ay müddətində isə 1 dolların qiyməti 70 rubl təşkil edəcək.

Qeyd edək ki, bu gün Moskva birjasında avro son altı ayın rekordunu vuraraq 73 rubla satılıb. Mütəxəssislər bunu neft bazarındakı qiymət dəyişkənliyi və valyutaya olan tələbatın payızda yüksələcəyi ilə izah edirlər.

Xatırladaq ki, bu gün Londonun ICE Futures birjasında neft kəskin şəkildə ucuzlaşıb. Brent markalı neftin bir barelinin qiyməti 48.5 dollardan ucuz təklif olunub.

İranın dövlət xəbər agentliyi Islamic Republic News Agency-nin yaydığı məlumata görə, islam respublikası gündəlik 3 mln barel nefti dünya bazarına təqdim etməyə başlayıb. Bu ölkənin energetika nazirinin fikrincə, OPEK təkbaşına qiymət azalmasının qarşısını ala bilməyəcək. Bunun üçün təşkilata daxil olmayan neft istehsalçılarının da hasilatı azaltması vacibdir.

Neft bazarında hadisələrin bu cür inkişafı Azərbaycan valyutasına da təsirsiz ötüşməyəcək. Yerli analitiklər payız mövsümündə valyutaya olan tələbatın artması və neft bazarında qiymətlərin kəskin dəyişməsi ilə əlaqədar manatın dollara nisbətən 10-15 faiz dəyər itirəcəyini ehtimal edirlər. Deməli, yaxın 3 ayda 1 dolların qiyməti 1.155 – 1.20 manata qədər yüksələ bilər.

Mediainfo.az