“Azerspace”dən yayımlanan telekanallara nəzarət gücləndirilib

“Azerspace”dən yayımlanan telekanallara nəzarət gücləndirilib

13 Avqust 2015 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Teleqüllə Kompleksində yerləşən "Peyk" mərkəzindən "Azerspace-1" peykinə ötürülən TV və radio kanallara nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən bildiriblər ki, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılaraq istismara verilib.

"Azerspace-1" peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsi ilə birbaşa nəzarət həyata keçirilir.

Mediainfo.az