Qızılın qiyməti tarixi maksimuma çatıb

Qızılın qiyməti tarixi maksimuma çatıb

13 İyul 2011 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Londonun qiymətli metallar bazarında qızılın 1 unsiyasının qiyməti 1 570 dollara çatıb. Beləliklə qızılın qiyməti tarixi maksimumu yeniləyib. Qızılın bahalaşmasını ilk növbədə Avropada yaranmış borc böhranı ilə əlaqələndirmək olar. Bundan əlavə, ABŞ iqtisadiyyatında yaranmış problemlər, ölkənin dövlət borcunun kəskin artması, borc üzrə limitin artırılıb-artırılmaması barədə qeyri-müəyyənlik və bununla bağlı federal büdcədə yaranmış problemlər də investorlara mənfi təsir edərək, təhlükəsiz ehtiyat aktiv hesab olunan qızıla tələbatı artırır.

Zər qədrini zərgər bilər.

Tofiq Əliyev

O.M.