Bu ilin sonunda Qəbələ beynəlxalq aeroportu istifadəyə veriləcək

Bu ilin sonunda Qəbələ beynəlxalq aeroportu istifadəyə veriləcək

13 İyul 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

İlin sonuna qədər Qəbələ şəhərində daha bir beynəlxalq aeroport istifadəyə verilməlidir. Bu sözləri Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev deyib. Ölkəmizdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən İlham Əliyev qeyd edib ki, Qəbələ ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Orada böyük infrastruktur layihələri həyata keçirilir. Çoxlu otellər tikilib, istirahət zonaları yaradılıb və xarici turistləri cəlb etmək üçün əlavə infrastruktur layihələri icra olunur. Beləliklə, Qəbələdə beynəlxalq aeroportun tikilməsi lazım idi. İşlər gedir və aeroport ilin sonunadək istismara veriləcək.

Tofiq Əliyev

O.M.