42 ildir ki, dərman yerinə benzin içir

42 ildir ki, dərman yerinə benzin içir

13 İyul 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

1969-cu ildə sinəsindəki küt ağrılardan qurtulmaq üçün müxtəlif dərmanlara müraciət edən çinli Çin Dicün qeyri-adi çıxış yolu tapıb. Ölkənin Nançuan bölgəsində yaşayan 72 yaşlı qəhrəmanımız tam 42 ildir ki, benzin içir. Hesablamalara görə, o, ayda ortalama 3-3.5 litr benzini mədəsinə ötürür. 42 il ərzində o, 1.5 ton benzin istehlak edib. Ailəsinin bu duruma qarşı çıxmasından narahat olan Çin məcburən tənhalığa çəkilib. Həkimlər isə onun sağlamlığında heç bir problem olmadığını, əksinə, benzinsiz qalarsa, ölə biləcəyini söyləyiblər. Onların sözlərinə görə, çinlinin vücudu eninə qarşı o qədər dirənib ki, sonda onu qəbul etməkdən başqa çarəsi olmayıb.

Çin Dicünün "çinsayağı" müalicə üsulu.

Günel Həbib

O.M.