Ukrayna Rusiyadan qaz nəqlini dayandırdı

Ukrayna Rusiyadan qaz nəqlini dayandırdı

1 İyul 2015 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna bu gündən etibarən Rusiyadan qaz alışını dayandırıb.

Bu barədə məlumat Ukraynanın "Naftoqaz" şirkəti xəbər yayıb. Qeyd edək ki, iyunun 30-u Ukrayna şirkətinin "Qazprom"la müqaviləsi bitib.

Avropaya yanacaq tranzitinə gəldikdə isə Ukrayna şirkəti əvvəlki həcmin saxlanıldığını bildirib. Şirkətin saytında yerləşdirilən məlumata görə, Ukrayna yeni qaz müqaviləsi üzrə danışıqlardan imtina etmir və bu məsələdə Avropa Komissiyasının köməyinə ümid edir.

Mediainfo.az