“Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz"

“Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz"

1 İyul 2015 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Serj Sarkisyan arasında baş tutan telefon danışığı zamanı Ermənistandakı gərgin vəziyyətin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

"Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir. Şübhəsiz ki, bu məsələ Rusiya ilə müzakirə edilə bilməz", - deyə D.Peskov qeyd edib.

Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi bildirib ki, məsələ ikitərəfli əlaqələr kontekstində müzakirə olunub. (apa)

Mediainfo.az