Ermənistan aclıq səviyyəsinin yüksək olduğu ölkələr sırasına daxil edilib

Ermənistan aclıq səviyyəsinin yüksək olduğu ölkələr sırasına daxil edilib

8 İyul 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin yenicə açıqlanmış "Millennium Developments Goals - 2011" məruzəsində bildirilir ki, Ermənistan əhalisinin 34%-ə qədəri yetərincə qidalanmaq imkanından məhrumdur. BMT ekspertlərinin dünya ölkələri üçün tərtib etdikləri "Yoxsulluq və qida" reytinqində Ermənistan əhalisi aclıq səviyyəsinin yüksək (25-34%) səviyyədə olduğu ölkələr sırasına daxil edilib. BMT məruzəsində Azərbaycanın analoji xəritədə yeri isə qida probleminin çox aşağı səviyyədə (5%) olduğu dövlətlər sırasına aid edilib.

Qida çatışmazlığı yaşayan ermənilər qəm yeməkdən cana doyublar.

Tofiq Əliyev

O.M.