
10 dəqiqədə 62 ədəd "sosisli" sendviç yedi
Amerikanın Nyu-York şəhərində hər il 4 iyulda düzənlənən "Milli Sosisli Sendviç Yemə Yarışması" bu il də böyük təmtəraqla həyata keçirilib. Coy Çesnat 5-ci dəfə çempion adını qazanıb. 10 dəqiqə ərzində 62 sosisli sendviç yeyən qalib çempion mükafatı olan 10 min dolları qazanıb. 98 kq ağırlıqdakı Çesnatın rəqibi olan yapon Takeru Kobayaşo yarışma üçün hazırlanan müqaviləni imzalamadığı üçün müsabiqədə bu il iştirak edə bilməyib.
Kimi yeyib xərcə düşür, kimi də yeyib pul qazanır.
Günel Həbib
O.M.
Digər xəbərlər