ABŞ-da banknotların istehsalı getdikcə minimum səviyyəyə düşür
"Amerikada pul banknotlarının istehsalı getdikcə azalır. Səbəb isə plastik kartlardır", - deyə "Nyu-York Post" qəzeti yazır. ABŞ-ın Maliyyə nazirliyindən verilən məlumata görə, 5 dollarlıqların istehsalı 2010-cu ildən azalmağa başlayıb. 10 dollarlıq əsginaslar isə artıq istehsal edilmir. Çünki bir çox alış-verişlər nağd pulla deyil, plastik kartlar sayəsində həyata keçirilir. Belə ki, ötən il ölkədəki taksi xidmətində ödənişlərin 36 faizi plastik kartlarla həyata keçirilib. Bəzi restoranların girişində isə nağd pul qəbul olunmadığı yazılır.
Analitik Ron Şevlin isə bildirir ki, dollar amerikalılar üçün o qədər böyük əhəmiyyət daşıyır ki, onlar bu pula öyrəşiblər. Bu səbəbdən də dollar zirvədə hələ 200 il qalacaq. Banknotlar çox asan və rahat ödəmə mənbəyidir. Ona görə də texnologiya nə qədər inkişaf etsə də, banknotların gücü tükənməyəcək.
Eşitmişəm ki, pul əl çirkidir. Əlimi yumuram ki, pulum olsun, ancaq xeyri yoxdur...
Günel Həbib
O.M.